Əsas məzmuna keç

Bəzi rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ekologiya Nazirliyinin məlumatına görə, qərb bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunur. İldırım çaxması və yağıntılarla bağlı son vəziyyət nədir?

en ru

Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı davam edir, leysan xarakterli yağır, çaxır.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı, Qobustan, Altıağac, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Lerik, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və yarımadasında 1 mm-dək qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin sürəti 19, Culfada isə şərq küləyinin maksimal sürəti 21 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonları və Naxçıvan MR-da 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…