Operativ Məlumat Mərkəzi

Odessaya hava hücumu olub, ölən və xəsarət alanlar var

1 dəq
Paylaş:
Odessaya hava hücumu olub, ölən və xəsarət alanlar var

İyulun 19-na keçən gecə Ukraynanın Odessa şəhərinə hava hücumu edilib. Hava hücumu zamanı dronunun çoxmərtəbəli binaya endirilməsi nəticəsində bir neçə mərtəbə yanıb, bir qadın ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, könüllülərlə birlikdə yanğını söndürüblər. Yanan mənzillərdən 5 nəfər xilas edilib. 10-a yaxın mülki şəxs xəsarət alıb.

təmizləndiyindən ölən və xəsarət haqqında məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, iyulun 18-də axşam saatlarından başlayaraq ruslar Ukraynaya doğru ballistik raketlər və pilotsuz təyyarələr atıblar. Gecə vaxtı Kiyevdə pilotsuz təyyarənin hücumu nəticəsində ilk nəticələr qeydə alınıb - dron parçası Darnitski rayonunda yaşayış binasının üzərinə düşüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax