Operativ Məlumat Mərkəzi

Rusiyanın Ternopola hücumundan sonra 26 nəfərin ölümü təsdiqlənib, itkin düşmüş 22 nəfərin axtarışı davam edir

1 dəq
Paylaş:
Rusiyanın Ternopola hücumundan sonra 26 nəfərin ölümü təsdiqlənib, itkin düşmüş 22 nəfərin axtarışı davam edir
Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında hadisə ilə bağlı son məlumatları bölüşüb. “Bütün gecə xilasedicilər işləyiblər və axtarış-xilasetmə...

Rusiyanın Ternopoldakı yaşayış binasına hücumu nəticəsində dağıntılar altında qalanların axtarışı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında hadisə ilə bağlı son məlumatları bölüşüb.

“Bütün gecə xilasedicilər işləyiblər və axtarış-xilasetmə tədbirləri hələ də davam edir. 22 nəfər hələ də itkindir. Ukraynanın 9 regionundan 230-dan çox xilasedici əraziyə cəlb olunub. İndiyə kimi 26 nəfərin ölümü təsdiqlənib. Bunların arasında 3 uşaq da var”, - Zelenski bildirib.

Qeyd edək ki, Rusiya dünən Ukraynanın digər regionlarına da raket və dronlarla hücum edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər