Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kolumbiyada 7,4 ballıq zəlzələ - 132 nəfər öldü

2 dəq
Paylaş:
Kolumbiyada 7,4 ballıq zəlzələ - 132 nəfər öldü

Kolumbiyada dünən 7,4 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 132-yə yüksəlib.

zamanı 700-dən çox insan isə yaralanıb.

Qeyd olunub ki, ən çox insan itkisi və dağıntıların qeydə alındığı Pereira, Kali, Kivdo, Manizales və Armeniya şəhərlərində qırmızı həyəcan elan edilib, məqsədilə həmin şəhərlərdə saatı tətbiq olunub.

Axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir. Ən çox insan itkisi Pereirada qeydə alınıb. Şəhərdə 60 nəfərin öldüyü bildirilir.

Yerli mətbuatın məlumatına görə, 188 nəfərin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Ölənlərin sayının artacağından narahatlıq var.

Ölkənin üçüncü böyük şəhəri olan Kalidə zəlzələ nəticəsində bəzi yolların dağıldığı, 10 xəstəxananın isə fəaliyyət göstərə bilmədiyi bildirilib.

Paytaxt Boqota və Medellindən axtarış-xilasetmə qrupları bölgəyə göndərilib.

Kivdo və Manizales şəhərlərində isə zəlzələ su, elektrik enerjisi, telekommunikasiya və xidmətlərində ciddi fasilələrə səbəb olub.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgələrdə altında qalan insanların müəyyənləşdirilməsi və xilas edilməsi istiqamətində tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax