Operativ Məlumat Mərkəzi

Kolumbiyada gizli məzarlıqlarda 22 cəsəd tapılıb

2 dəq
Paylaş:
Kolumbiyada gizli məzarlıqlarda 22 cəsəd tapılıb

Kolumbiyanın bölgəsində qazıntılar zamanı 22 aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə "Haber Global" Kolumbiya mediasına istinadən məlumat yayıb.

Məlumata görə, cəsədlər hökumətlə silahlı qruplar arasında aparılan dialoq çərçivəsində Narinoya bağlı Samanieqo, Santakruz de Quaçaves və Kumbal bələdiyyələrinin ərazilərində aparılan axtarış işləri zamanı üzə çıxıb.

Hökumətinin Sülh üzrə Ali Komissarlığının açıqlamasına görə, kütləvi məzarlardan cəsədlərinin kimliyinin müəyyənləşdirilməsi üçün prosesin başladıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu işlər zorakılığın azaldılması, regional transformasiya və itkin şəxslərin tapılması istiqamətində səylərin bir hissəsidir.

Qeyd edək ki, Sülh üzrə Ali Komissarlıq münaqişə və zorakılıq hadisələrində həyatını itirmiş və itkin düşmüş şəxslərin tapılması məqsədilə Narino və ətraf bölgələrdə silahlı qruplarla zaman-zaman sülh danışıqları aparır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax