Əsas məzmuna keç

Rusiya sualtı qayıqları Şpitsbergen yaxınlığında gizli silahı sınaqdan keçirib?

Rusiya sualtı qayıqları Şpitsbergen yaxınlığında gizli silahı sınaqdan keçirib?

GUGİ-nin Arktikadakı təxribat cəhdi ifşa edildi: Rusiya NATO-nun kritik sualtı kabellərini sıradan çıxarmaq üçün hansı məxfi texnologiyanı işə salıb?

ru en

NATO müttəfiqləri bildiriblər ki, qayıqları bu ilin yazında Arktikadakı arxipelaqı yaxınlığındakı sularda hərbi təlimlər keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” “Reuters”ə istinadən xəbər verir ki, Qərb rəsmilərinin sözlərinə görə, təlimlər zamanı mühüm sualtı kabellərə səssiz şəkildə zərər vurmaq üçün nəzərdə tutulan məxfi silah sınaqdan keçirilib.

Onların sözlərinə görə, məxfi Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Araşdırmaları Baş İdarəsi (GUGİ) tərəfindən həyata keçirilib. Rusiya tərəfi sualtı qayıqlardan istifadə etməklə qabaqcıl texnologiyaların tətbiqini imitasiya edib.

Rusiya gəmiləri Böyük Britaniya, Norveç və ABŞ-nin birgə əməliyyatı çərçivəsində aşkarlanıb. Rusiya qüvvələrinə təlimləri başa çatdırmağa icazə verilməyib və nəticədə gəmilər ərazini tərk edib.

Böyük Britaniya və Norveç apreldə Arktika sularında Rusiyanın gizli əməliyyatını aşkarladıqlarını açıqlamışdılar. Lakin yeni silahın aşkarlanması, əməliyyatın keçirildiyi ərazi və ABŞ-nin bu prosesdə iştirakı barədə məlumat indiyədək açıqlanmayıb.

Üç ABŞ rəsmisi bildiriblər ki, Amerika kəşfiyyatının bəzi analitikləri Rusiyanın NATO-nun qarşılıqlı müdafiə mexanizmini sınaqdan keçirə biləcəyindən getdikcə daha çox narahatdırlar.

Qərb rəsmilərinin sözlərinə görə, belə bir ssenaridə sualtı kabellərin sıradan çıxarılması mümkün əməliyyatların əsas komponentlərindən birinə çevrilə bilər.

Rusiya isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…