Operativ Məlumat Mərkəzi

HƏMAS-ın 50 üzvü saxlanılıb

2 dəq
Paylaş:
HƏMAS-ın 50 üzvü saxlanılıb

İsrail ordusu üzvlərinin məktəblərdə və yaşayış binalarında gizlənmək ehtimallarını nəzərə alaraq Qəzzada reyslər keçirməyə davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, zamanı 25 terrorçunun məhv edildiyi, təxminən 50 terrorçunun isə ələ keçirildiyi açıqlanıb.

Onlardan bəzilərinin könüllü şəkildə təslim olduğu bildirilib.

Müdafiə qüvvələri həmçinin Xan Yunis şəhəri də daxil olmaqla, havadan və qurudan intensiv hücumlar həyata keçirir. HƏMAS rəsmiləri səhər saatlarında Qəzzanın şimalında 14 nəfərin öldüyünə dair məlumat yayıb.

Qeyd edək ki, İsrail hərbi qüvvələri HƏMAS-a qarşı keçirilən əməliyatlar zamanı terrorçuların girov götürdüyü 3 İsrail vətəndaşını öldürüblər. Rəsmilər onların səhvən təhdid olaraq müəyyən edildiyini bildiriblər.

Hadisə İsraildə etirazlara səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax