Operativ Məlumat Mərkəzi

Fransada Makrona qarşı etiraz aksiyaları keçirilir

2 dəq
Paylaş:
Fransada Makrona qarşı etiraz aksiyaları keçirilir

Fransada Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə qarşı aksiyaları keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, aylardır platformalarında “Hər şeyi dayandıraq” şüarı ilə edilən çağırışların nəticəsi olaraq ölkənin dörd bir yanında etirazlar keçirilir.

Makronun sosial-iqtisadi siyasətlərinə qarşı çıxan nümayişçilər paytaxt Paris, eləcə də Lion və Renn kimi şəhərlərdə səhər tezdən nəqliyyatı iflic etmək və avtobusların hərəkətinə mane olmaq üçün müxtəlif təşəbbüslərlə çıxış ediblər. Renn şəhərinin cənub və şimal hissəsində yüzlərlə etirazçı ətraf yollarda toplanaraq yollara quraraq nəqliyyatın hərəkətini dayandırmağa çalışıblar. Şəhərin şimalındakı etirazçılar baryerləri yandırıblar. qüvvələri bu ərazidəki nümayişçiləri oradan uzaqlaşdıraraq bir müddətlik dayanan hərəkətin bərpasını təmin ediblər. Renn şəhərində, həmçinin Alma Körpüsünün altında bir avtobus yandırılıb.

Ölkənin ən böyük şəhərlərindən olan Lionda isə etirazçılar tramvay yoluna zibil qutuları aşırtmış və onları yandırıblar. Şəhərdə M7 magistral yolunda nəqliyyatın axınına maneə yaradan aksiyalar keçirilib, Lion-1 Universitetinin qarşısında baryerlər qurulub. Ümumilikdə ölkədə baş verən etiraz aksiyalarında, 75-i Parisdə olmaqla, 85 nəfər saxlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, polis Parisdə ictimai nəqliyyatda istifadə olunan avtobusların hərəkətinə mane olmaq istəyən etirazçıların toplaşdığı avtobus terminalı qarşısında növbə çəkir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax