Əsas məzmuna keç

Mirşahin oğlunun toyuna bu səbəbdən getməyib – AÇIQLAMA

Mirşahin oğlunun toyuna bu səbəbdən getməyib – AÇIQLAMA

yayılan iddialarda Mirşahinin oğlu ilə aralarında yaranan mübahisəyə görə toya getmədiyi və “Real TV” əməkdaşlarına da toyda iştirak etməyi qadağan etdiyi...

ru en

TV”nin baş direktoru Mirşahin Ağayevin oğlu, jurnalist Ağayevin toyuna qatılmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iddialarda Mirşahinin oğlu ilə aralarında yaranan mübahisəyə görə toya getmədiyi və “Real TV” əməkdaşlarına da iştirak etməyi qadağan etdiyi bildirilirdi.

Həmçinin toyun keçirildiyi sarayında menyu ilə bağlı ödəniş məsələsinə görə Mirçingiz Ağayev və həyat yoldaşının girov saxlanıldığı iddia olunurdu.

Mirçingiz Ağayev isə bu iddialara aydınlıq gətirib. O bildirib ki, atasının toya gəlməməsi doğrudur, lakin bunun səbəbi mübahisə olmayıb.

Onun sözlərinə görə, Mirşahin Ağayev bir ay əvvəl Naxçıvana bilet alıb və “Real TV” əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimat mərasimində iştirak edib.

“Atamın toya gəlməməsi doğru məlumatdır. Çünki bir ay öncədən atam Naxçıvana biletini almışdı. “Real TV”nin əməkdaşı Kamran Qasımovun “Cənnətin iqamətgahı” filminin təqdimat gecəsində olacaqdı. Bununla bağlı ayrıca məlumat vermişdi. Təqdimat mərasimində bir çox rəsmilərin də iştirak edəcəyini nəzərə alaraq, düşünmək olmazdı ki, həmin tədbiri təxirə salıb toya gələcək. Bu məlumatın doğruluğunu təsdiq edə bilərəm. Təqdimatda olduğunu bildirən paylaşım da etmişdi”.

Mirçingiz Ağayev toya “Real TV”dən bəzi əməkdaşların, eləcə də keçmiş iş yoldaşlarının gəldiyini deyib. O, toyda iştirakın az olmasını isə yayılan iddialarla əlaqələndirməyib.

“Real TV”dən bəzi əməkdaşlar gəlmişdilər, hətta keçmiş əməkdaşlar da. Amma çoxluq yox idi. Bu isə yayılan məlumatlarla bağlı deyil. Əvvəlki iş yerimdən də dəvət etdiyim xeyli adamın gəlməmək üçün müxtəlif səbəbləri var idi. Kimisi xəstələnib, kimisi ölüb. Ölənləri başa düşürəm, dirilərin gəlməmələri ilə bağlı məni üzən məqamlar var. Bunu da şaiyələrlə əlaqələndirmək istəməzdim".

Jurnalist həmçinin onun və həyat yoldaşının şadlıq sarayında girov saxlanılması barədə məlumatı təkzib edib. Bildirib ki, haqq-hesab məsələsi həll edildikdən təxminən 15-20 dəqiqə sonra şadlıq sarayından çıxıb. (Pravda.az)

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…