Əsas məzmuna keç

Ağır qəza - ÖLƏN VƏ YARALANANLAR VAR

Ağır qəza - ÖLƏN VƏ YARALANANLAR VAR

hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.Belə ki, 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi “Mercedes” markalı...

en ru

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Niyaz idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.

Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…