Fransa Milli Assambleyası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səsvermə zamanı 116 deputat təşəbbüsün lehinə çıxış edib.
Prezident Emmanuel Makron hökuməti qanunun qəbulunu sürətləndirməyə çağırıb.
O, qadağanın 2026-cı il sentyabrın 1-nə qədər, yəni yeni tədris ilinin başlanğıcınadək qüvvəyə minməsini istəyir.
Dövlət başçısı "X" sosial şəbəkəsindəki paylaşımında uşaqların gələcəyinin ticari maraqlara qurban verilməməli olduğunu vurğulayıb:
"Övladlarımızın beyinləri nə Amerika platformalarına, nə də Çin telekanallarına satılmır", - deyə Makron qeyd edib.
Fransanın bu addımı uşaqların rəqəmsal dünyada qorunması üzrə qlobal tendensiyanın tərkib hissəsidir.