Operativ Məlumat Mərkəzi

Finlandiya Prezidenti Trampla Putinə G20 sammitində görüşməyi təklif etdi

2 dəq
Paylaş:
Finlandiya Prezidenti Trampla Putinə G20 sammitində görüşməyi təklif etdi

Finlandiya Prezidenti Aleksander ABŞ və nümayəndələrinin mümkün görüşü üçün yeni məkan və tarix edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yle" nəşri məlumat yayıb.

Stubb ABŞ Prezidenti Donald Trampa və Rusiya Prezidenti Vladimir Putinə noyabr ayının sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G20 sammitində görüşməyi təklif edib.

O bildirib ki, danışıqların ABŞ-də keçirilməsi planlaşdırılan nüvə sınaqları məsələsinə də toxunması vacibdir.

Finlandiya Prezidenti həmçinin vurğulayıb ki, ölkənin nüvə müdafiəsini Şimali Atlantika Alyansı (NATO) təmin edir: “ bu məsələ ilə özümüz məşğul olmalı idik, amma o vaxt dünyada vəziyyət fərqli idi. İndi isə biz bütün əsas strukturlarda iştirak edirik”.

Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti yazmışdı ki, Trampın nüvə silahı sınaqlarını bərpa etməklə bağlı bəyanatları Çin və Rusiyaya təzyiq vasitəsi axtarışı kimi qiymətləndirilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax