"NATO ölkələri Rusiya sərhədləri yaxınlığında nüvə silahı toplayır və konkret hücum hərəkətlərinə hazırlaşır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a rusiyalı hərbi ekspert Aleksandr Stepanov bildirib.
"NATO birdəfəlik təxribatlara deyil, Rusiya Silahlı Qüvvələrinin əsas qüvvələri Ukraynaya yönləndirilərkən, ən həssas ərazilərdən yüksək dəqiqlikli uzaqmənzilli silahların kütləvi istifadəsini nəzərdə tutan konkret hücum hərəkətlərinə hazırlaşır. Bunun bariz əlaməti nüvə silahlarının saxlanması və yerləşdirilməsi üçün şəraitin yaradılmasıdır”, - ekspert qeyd edib.