Operativ Məlumat Mərkəzi

Ərdoğanın sabiq müavininin oğlu nənəsini güllələyib

2 dəq
Paylaş:
Ərdoğanın sabiq müavininin oğlu nənəsini güllələyib
hadisə Ankarada yaşadıqları evdə baş verib. Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də nənəsini Şenerin əlindən almaq mümkün olmayıb və o...

Türkiyənin maliyyə naziri Abdüllatif Şenerin oğlu mübahisə zəmnində nənəsi Çetineri girov götürərək öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, hadisə Ankarada yaşadıqları evdə baş verib.

Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də nənəsini Şenerin əlindən almaq mümkün olmayıb və o nənəsi Leyla Çetineri tapança ilə vuraraq qətlə yetirib. Hadisədən sonra Bedirhan Şener polis qrupları tərəfindən saxlanılıb.

Abdüllatif Şener isə yerli KİV-ə açıqlama verərək, "Psixoloji problemləri olan oğlum qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən onu öldürdü. Çox təəssüf edirik. Oğlumun anasını öldürməsi ilə bağlı deyilənlər isə doğru deyil", - deyib.

Qeyd edək ki, Abdüllatif Şener 2001-ci ildə qurulan hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olub. O, 2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın qurduqları hökumətlərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax