Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğanın sabiq müavininin oğlu nənəsini güllələyib

2 dəq
Paylaş:
Ərdoğanın sabiq müavininin oğlu nənəsini güllələyib

Türkiyənin maliyyə naziri Abdüllatif Şenerin oğlu mübahisə zəmnində nənəsi Çetineri girov götürərək öldürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, hadisə Ankarada yaşadıqları evdə baş verib.

Hadisə yerinə polis və xüsusi xilasetmə qrupları gəlsə də nənəsini Şenerin əlindən almaq mümkün olmayıb və o nənəsi Leyla Çetineri tapança ilə vuraraq qətlə yetirib. Hadisədən sonra Bedirhan Şener polis qrupları tərəfindən saxlanılıb.

Abdüllatif Şener isə yerli KİV-ə açıqlama verərək, "Psixoloji problemləri olan oğlum qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən onu öldürdü. Çox təəssüf edirik. Oğlumun anasını öldürməsi ilə bağlı deyilənlər isə doğru deyil", - deyib.

Qeyd edək ki, Abdüllatif Şener 2001-ci ildə qurulan hakim Ədalət və İnkişaf Partiyasının qurucularından olub. O, 2002-ci ildə Türkiyədə keçirilən parlament seçkilərində Sivas millət vəkili seçilib. 2002-2007-ci illərdə Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanın qurduqları hökumətlərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax