Operativ Məlumat Mərkəzi

Debbi tropik qasırğası şiddətini artırıb

2 dəq
Paylaş:
Debbi tropik qasırğası şiddətini artırıb

Meksika körfəzində formalaşam Debbi qasırğası şiddətini artırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa hazırda Amerikanın Florida ştatına doğru irəliləyir.

Florida qubernatoru Ron günün ikinci yarısında qasırğanın daha da güclənəcəyini deyib.

“Hazırda qasırğanın yaratdığı küləyin sürəti saatda 104 kilometrə çatır. Floridanın şimalında leysan və daşqınların gözləyirik. Daşqın baş vermiş ərazilərə girməyin. Sular aşmış xətləri ilə təmassda ola bilər. Qasırğanın keçəcəyi ərazilərdə elektrik kəsintiləri də ola bilər”, - deyə Ron Santis vurğulayıb.

Debbi Atlantik Qasırğa Mövsümün 4-cü şiddətli qasırğasıdır. Meteoroloqlar onun ötənilki “İdaliya” qasırğası ilə, demək olar ki, eyni xətt üzrə hərəkət etdiyini bildiriblər. Qasırğanın, əsasən, sahilyanı bölgələrdə daşqınlara səbəb olacağı proqnozlaşdırılır. Qasırğa artıq Floridanın bəzi rayonlarında özünü göstərməyə başlayıb. Danidin şəhərində ağacları aşıb, yollarda avtomobillərin hərəkətinə mane olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax