Meksika körfəzində formalaşam Debbi tropik qasırğası şiddətini artırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa hazırda Amerikanın Florida ştatına doğru irəliləyir.
Florida qubernatoru Ron Santis günün ikinci yarısında qasırğanın daha da güclənəcəyini deyib.
“Hazırda qasırğanın yaratdığı küləyin sürəti saatda 104 kilometrə çatır. Floridanın şimalında leysan və daşqınların olacağı gözləyirik. Daşqın baş vermiş ərazilərə girməyin. Sular aşmış elektrik xətləri ilə təmassda ola bilər. Qasırğanın keçəcəyi ərazilərdə elektrik kəsintiləri də ola bilər”, - deyə Ron Santis vurğulayıb.
Debbi Atlantik Qasırğa Mövsümün 4-cü şiddətli qasırğasıdır. Meteoroloqlar onun ötənilki “İdaliya” qasırğası ilə, demək olar ki, eyni xətt üzrə hərəkət etdiyini bildiriblər. Qasırğanın, əsasən, sahilyanı bölgələrdə daşqınlara səbəb olacağı proqnozlaşdırılır. Qasırğa artıq Floridanın bəzi rayonlarında özünü göstərməyə başlayıb. Danidin şəhərində güclü külək ağacları aşıb, yollarda avtomobillərin hərəkətinə mane olub.