Fransanın şimalında yerləşən Sen-Port şəhərində smartfonların ictimai yerlərdə istifadəsi qadağan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sene-et-Marne bölgəsindəki Sen-Port şəhərində həftəsonu ictimai yerlərdə mobil telefonlardan istifadə ilə bağlı səsvermə keçirilib. Belə ki, təxminən 1900 nəfərin yaşadığı qəsəbədə səsverməyə qatılan 272 nəfərdən 146-sı “hə” deyə səs verib və ictimai yerlərdə smartfonlardan istifadə qadağan edilib.
Qərarla əhali şəhər küçələrində, mağazalarda, bərbərlərdə və ya parklarda smartfonlardan istifadə edə bilməyəcək, kafe və restoranlarda yemək yeyərkən və ya uşaqlarını gözləyən zaman mobil telefonla vaxt keçirə bilməyəcək. Şəhər küçələrində itənlər isə telefonlarında xəritələrdən istifadə etmək əvəzinə başqa insanlardan istiqamət istəməli olacaqlar.
Bu şəhərdə ictimai yerlərdə smartfonlardan istifadə etmək qadağan edilib
Oxşar xəbərlər
Avropa xəbərləri
Avropa liderlərindən Ukraynaya güclü dəstək: yeni sülh prinsipləri razılaşdırıldı
Avropa xəbərləri
Tramp siyasəti daşınmaz əmlak kimi görür: Merkelin şərhi
Avropa xəbərləri
Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün nümayəndə müzakirə etmir
Avropa xəbərləri
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 500 milyon avro ayırır
Eyni mövzuda
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Mark Rutte Ukraynaya səfər edib
Hərbi Siyasət
Böyük Britaniya Estoniyaya “Challenger 2” tanklarını yerləşdirib
Avropa xəbərləri
NATO Avropanın şərq cinahındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır
Avropa xəbərləri