Əsas məzmuna keç

Polşada ibtidai sinflərə mobil telefon qadağası

Polşada ibtidai sinflərə mobil telefon qadağası

Polşa hökuməti şagirdlərin rəqəmsal təhlükəsizliyini təmin etmək üçün sərt addım atdı. Görəsən, hansı hallarda telefonlardan istifadəyə icazə veriləcək?

en ru

Polşada sinflər və məktəbəqədər müəssisələrində mobil telefon və digər elektron cihazların istifadəsinə dair yeni qaydalar ölkə üzrə qüvvəyə minib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yeni tədris ilinin başlaması ilə ölkə üzrə ibtidai sinif şagirdlərinə dərslər, tənəffüslər və digər məktəb fəaliyyətləri zamanı mobil telefon və digər oxşar elektron cihazlardan istifadə etməyə icazə verilmir.

Məktəbəqədər təhsil müəssisələrində isə uşaqların bu cür cihazları ümumiyyətlə məktəbə gətirməsinə icazə verilmir.

Yeni qaydalarda müəyyən istisnalar da nəzərdə tutulub. Telefonlardan təhsil məqsədilə istifadə, fövqəladə hallarda valideynlərlə əlaqə saxlanılması, sağlamlıq və ya həyat üçün birbaşa təhlükə yaradan vəziyyətlər, eləcə də bəzi tibbi və xüsusi ehtiyac halları bu istisnalara daxildir.

səviyyəsində təhsil müəssisələri ölkə üzrə tətbiq olunan bu qaydaların əhatə dairəsinə daxil deyil. Bununla belə, həmin məktəblər öz daxili qaydaları əsasında şagirdlərin mobil telefon istifadəsini məhdudlaşdıra bilərlər.

Yeni məhdudiyyətlər uşaqların zərərli onlayn məzmuna məruz qalmasının azaldılmasını hədəfləyən daha genişmiqyaslı hökumət kampaniyasının bir hissəsi kimi tətbiq olunur.

Bununla yanaşı, hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi ilə bağlı yeni qanunvericilik üzərində çalışdığını daha əvvəl açıqlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…