Operativ Məlumat Mərkəzi

Britaniyanın hakim partiya nümayəndələri ifşa olunub

2 dəq
Paylaş:
Britaniyanın hakim partiya nümayəndələri ifşa olunub

Böyük Britaniyanın partiyası mühafizəkarların “Covid-19” pandemiyası zamanı tətbiq edilən karantin müddətində təşkil etdiyi içki məclislərindən birinin videosu yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Mirror” portalının yayımladığı kadrlarda partiya nümayəndələrinin və onların dostlarının içkili halda rəqs etdikləri əks olunur.

Kadrlar 2020-ci ildə Milad bayramı zamanı çəkilib. Partiya rəsmiləri hadisə ilə əlaqədar 4 nəfəri intizam məsuliyyətinə cəlb etdiklərini bildiriblər.

Sözügedən şəxslərin kimliyi gizli saxlanılır.

Hökumətlərarası naziri Maykl Qov hadisəyə görə üzr istədiyini bildirib. O, kadrların insanları qəzəbləndirəcəyini deyib.

Qeyd edək ki, “Partiqeyt” adı altında aparılan istintaqda, eyni zamanda, sabiq Boris ittiham olunur. O, bu məclislərlə bağlı parlamentə yalan məlumatlar verib, qayda pozuntularını gizlətməyə çalışıb. Boris Conson parlamentin bu barədə hazırlayan İmtiyazlar Komitəsini “kenqru məhkəməsi” adlandırıb.

O iddia edir ki, proses siyasi təqib xarakteri daşıyır və “Brexit”ə görə ondan qisasalma planın tərkib hissəsidir. Boris Conson bu barədə hesabat nəşr olunmamışdan əvvəl deputatlıqdan istefa verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax