Operativ Məlumat Mərkəzi

"Boris Conson Rusiya–Ukrayna sülh danışıqlarının qarşısını alan əsas fiqurdur"

1 dəq
Paylaş:
"Boris Conson Rusiya–Ukrayna sülh danışıqlarının qarşısını alan əsas fiqurdur"

Britaniyanın keçmiş Baş naziri Boris Conson Rusiya və Ukraynanın 2022-ci ilin yazında mümkün sülh razılaşmasına nail olmamasında əsas təsir göstərən şəxslərdən biri kimi təqdim olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya Ordusunun rəsmi nəşri olan "British Army Review" jurnalı məlumat yayıb.

"Boris Conson 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında hər hansı sülh razılaşmasının qarşısını almaqda əsas rol oynadığı kimi qəbul edilir", - deyə qeyd olunub.

Vurğulanıb ki, Rusiyada Londona münasibətdə yaranan çaşqınlıq əsasən NATO-nun Yuqoslaviya və Liviyada keçirdiyi əməliyyatlar fonunda Böyük Britaniyanın bu mövqeyinin ikiüzlü kimi dəyərləndirilməsi ilə bağlıdır.

Əlavə edilib ki, Britaniya hökumətinin davranışları, xüsusən də Rusiyanın enerji resursları və bazarlarına çıxış baxımından, Londonun özünün uzunmüddətli iqtisadi maraqlarına zidd hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər