Operativ Məlumat Mərkəzi

Britaniyanın hakim partiya nümayəndələri ifşa olunub

2 dəq
Paylaş:
Britaniyanın hakim partiya nümayəndələri ifşa olunub
“Mirror” portalının yayımladığı kadrlarda partiya nümayəndələrinin və onların dostlarının içkili halda rəqs etdikləri əks olunur. Kadrlar 2020-ci ildə...

Böyük Britaniyanın hakim partiyası mühafizəkarların “Covid-19” pandemiyası zamanı tətbiq edilən karantin müddətində təşkil etdiyi içki məclislərindən birinin videosu yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Mirror” portalının yayımladığı kadrlarda partiya nümayəndələrinin və onların dostlarının içkili halda rəqs etdikləri əks olunur.

Kadrlar 2020-ci ildə Milad bayramı zamanı çəkilib. Partiya rəsmiləri hadisə ilə əlaqədar 4 nəfəri intizam məsuliyyətinə cəlb etdiklərini bildiriblər.

Sözügedən şəxslərin kimliyi gizli saxlanılır.

Hökumətlərarası əlaqələr naziri Maykl Qov hadisəyə görə üzr istədiyini bildirib. O, kadrların insanları qəzəbləndirəcəyini deyib.

Qeyd edək ki, “Partiqeyt” adı altında aparılan istintaqda, eyni zamanda, sabiq baş nazir Boris Conson ittiham olunur. O, bu məclislərlə bağlı parlamentə yalan məlumatlar verib, qayda pozuntularını gizlətməyə çalışıb. Boris Conson parlamentin bu barədə hesabat hazırlayan İmtiyazlar Komitəsini “kenqru məhkəməsi” adlandırıb.

O iddia edir ki, proses siyasi təqib xarakteri daşıyır və “Brexit”ə görə ondan qisasalma planın tərkib hissəsidir. Boris Conson bu barədə hesabat nəşr olunmamışdan əvvəl deputatlıqdan istefa verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər