Əsas məzmuna keç

Amerikalı turistlər kanadalı kimi davranır

Amerikalı turistlər kanadalı kimi davranır

Bəzi amerikalı turistlər xaricdə Amerika əleyhinə reaksiyalardan qaçmaq üçün çamadanlarına Kanada bayrağı tikərək özlərini kanadalı kimi təqdim edirlər. ...

Bəzi amerikalı xaricdə əleyhinə reaksiyalardan qaçmaq üçün çamadanlarına Kanada bayrağı tikərək özlərini kanadalı kimi təqdim edirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veriri ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Flag jacking” (bayraq oğurluğu) adlanan bu Kanadada narazılığa səbəb olub.

Nyu-York ştatından Chelsea Dominikan Respublikasındakı tətilində ilk dəfə özünü kanadalı kimi təqdim etdiyini deyib.

Fransız-Kanadalının bir barda ABŞ–Kanada xokkey oyununu izləyərkən “USA” (ABŞ) deyə bağırdıqdan sonra, oradakı kanadalı bir cütlüyün sərt reaksiyası ilə qarşılaşdığını bildirən Metzger, daha sonra bir taksi sürücüsünün onu amerikalı olduğu üçün götürməkdən imtina etdiyini deyib və bir neçə həftə ərzində özünü kanadalı kimi təqdim edib.

Bənzər bir şəkildə Yunanıstanda tətil edən Miçiqanlı iki gənc qadın da amerikalı olduqları bilindikdən sonra soyuq baxışlarla qarşılaşdıqlarını və buna görə də garsona özlərini kanadalı kimi təqdim etdiklərini söyləyiblər.

Lakin Kanada haqqında verilən suallara cavab verə bilmədiklərinə görə yalanları üzə çıxıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…