Əsas məzmuna keç

ABŞ-da seçkilərdə 82,7 milyon insan erkən səs verib

ABŞ-da seçkilərdə 82,7 milyon insan erkən səs verib

bu Florida Dövlət Universitetinin dərc etdiyi məlumatda əks olunub. Məlumata görə, 82 milyon 713 min 594 ölkə sakini vaxtından əvvəl səs verib. Onların...

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu Florida Dövlət Universitetinin dərc etdiyi məlumatda əks olunub.

Məlumata görə, 82 milyon 713 min 594 ölkə sakini vaxtından əvvəl səs verib.

Onların 45 seçki məntəqələrində , 37,7 milyonu isə poçt vasitəsilə səs verib.

Qeyd olunur ki, erkən səsvermədə iştirak edənlərin 37,8 Demokrat Partiyasının, 35,8 faizi Respublika Partiyasının üzvləridir.

Digər 26,4% isə partiya mənsubiyyətini göstərməyib.

Ən çox erkən səs verən ştatların siyahısına Texas (8,9 milyon) başçılıq edir. İlk üçlüyə həmçinin Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) daxildir. ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…