Əsas məzmuna keç

ABŞ-da seçkilərdə 82,7 milyon insan erkən səs verib

ABŞ-da seçkilərdə 82,7 milyon insan erkən səs verib

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib. Bu Florida Dövlət Universitetinin dərc etdiyi məlumatda...

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın vətəndaşı erkən səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu Florida Dövlət Universitetinin etdiyi məlumatda əks olunub.

Məlumata görə, 82 milyon 713 min 594 ölkə sakini vaxtından əvvəl səs verib.

Onların təxminən 45 seçki məntəqələrində şəxsən, 37,7 milyonu isə poçt vasitəsilə səs verib.

Qeyd olunur ki, erkən səsvermədə iştirak edənlərin 37,8 faizi Demokrat Partiyasının, 35,8 faizi Respublika Partiyasının üzvləridir.

Digər 26,4% isə partiya mənsubiyyətini göstərməyib.

Ən çox erkən səs verən ştatların siyahısına Texas ştatı (8,9 milyon) başçılıq edir. İlk üçlüyə həmçinin Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) daxildir. ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…