Əsas məzmuna keç

ABŞ strateji ehtiyatlarından daha 10 milyon barel neft çıxaracaq

ABŞ strateji ehtiyatlarından daha 10 milyon barel neft çıxaracaq

Energetika Nazirliyi Texas anbarlarından xam yanacaq tədarükünə başlayır. Yaxın Şərq gərginliyi fonunda BEA planı ilə atılan bu addımın maraqlı şərtləri məlum olub.

en ru

ABŞ Energetika Nazirliyi Beynəlxalq Agentliyinın planları çərçivəsində Strateji Ehtiyatından (SPR) 10 milyon barelə qədər neftin təcili şəkildə bazara buraxılmasına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu neft borc formasında veriləcək və 2027-ci ilə qədər əlavə barellərlə geri qaytarılacaq.

Qeyd olunub ki, bu mübadilə neft emalı şirkətlərinə və bazara dərhal neft əldə etməyə imkan verir və eyni zamanda vergi ödəyicilərinin vəsaiti istifadə olunmadan ABŞ xalqı üçün əlavə ehtiyatların təmin olunmasına şərait yaradır.

Neft Bryan Mound anbarından ( ) tədarük ediləcək.

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyinın üzv ölkələri Yaxın Şərqdəki münaqişə fonunda bazarı sabitləşdirmək üçün strateji ehtiyatlardan 400 milyon neft ayrılması barədə razılığa gəliblər. ABŞ isə 172 milyon barel neft ayırmağı öhdəsinə götürüb və artıq Bayou Choctaw, West Hackberry (Luiziana ştatı) və Bryan Mound (Texas ştatı) anbarlarından 45,2 milyon barel neft buraxıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…