Əsas məzmuna keç

ABŞ Strateji Neft Ehtiyatlarından istifadəni davam etdirir

ABŞ Strateji Neft Ehtiyatlarından istifadəni davam etdirir

İranla müharibə fonunda yaranan təchizat çətinliklərini aradan qaldırmaq üçün ABŞ Strateji Neft Ehtiyatından (SPR) neft çıxarılmasını sürətləndirib.

en ru

İranla müharibənin səbəb olduğu böhranını tənzimləmək üçün Strateji Ehtiyatından (SPR) neft tədarükünü davam etdirir. CNN-in ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən yaydığı xəbərə görə, təkcə ötən həftə bazara 8 milyon neft çıxarılıb. Ondan əvvəlki həftə isə bu rəqəm 9,1 milyon barel təşkil edib.

Hazırda ABŞ-nin strateji ehtiyatlarında 357,1 milyon barel neft mövcuddur. Federal məlumatlar göstərir ki, bu, 2024-cü ilin yanvar ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

"Bloomberg"in və əmtəə üzrə analitiki Xavyer Blass bildirib ki, cari temp qorunacağı təqdirdə, ehtiyatların həcmi gələn həftənin sonuna qədər Co Bayden administrasiyası dövründəki minimum səviyyədən də aşağı düşəcək.

CNN-in məlumatına görə, İrana qarşı hərbi əməliyyatlar başlayandan bəri ABŞ strateji ehtiyatlarından təxminən 58 milyon barel, yəni ümumi həcmin 14 faizi qədər neft çıxarılıb. Ekspertlər ehtiyatların azalmasının gələcəkdə yarana biləcək təchizat çatışmazlıqlarını kompensasiya etmək imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdırlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…