Operativ Məlumat Mərkəzi

2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib

2 dəq
Paylaş:
2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, ötən il qurumun "860 - Gender əsaslı zorakılıqla bağlı xətti"nə 330 müraciət daxil olub.

Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb.

Komitənin müraciəti əsasında mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub.

Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən qısamüddətli mühafizə orderlərinin sayı 30% artıb.

Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən xəbərdarlıq edir və dərhal zərər şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax