Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Erkən nikahlarla bağlı göstəricilərdə əhəmiyyətli azalma qeydə alınıb

2 dəq
Paylaş:
Erkən nikahlarla bağlı göstəricilərdə əhəmiyyətli azalma qeydə alınıb

Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ailə, Qadın və Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Dost tv-nin efirində deyib.

Onun sözlərinə görə, bu statistika evliliyə müraciətlə bağlı şöbələrindən və 18 tərəfindən doğulan uşaqların sayına əsaslanır:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, məsələn, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279-a qədər azalıb. Əvvəlki illərdə biz təxminən 4 000 rəqəmini də görə bilirdik. Düzdür, yenə bu hallara rast gəlinir. Tam qarşısının alınması istiqamətində əlavə tədbirlər görülür".

Komitə rəsmisi qeyd edib ki, artıq cəmiyyətdə erkən nikahlara qarşı mənfi münasibət var və belə hallarda aidiyyəti qurumlara müraciətlər daxil olur:

"Bütün məsələləri dövlətin üzərinə qoymaq lazım deyil. Hər bir vətəndaşın bu prosesdə iştirakı çox vacibdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax