Operativ Məlumat Mərkəzi

2000 Fələstin tərəfdarı universitet tələbəsinə qarşı tədbir görülüb

2 dəq
Paylaş:
2000 Fələstin tərəfdarı universitet tələbəsinə qarşı tədbir görülüb

-İslam Münasibətləri Şurasının (CAIR) hökumət işləri üzrə direktoru Robert Makkau bildirib ki, ABŞ prezidenti Trampın qərarından sonra təxminən 2000 Fələstin tərəfdarı tələbəsinə qarşı tədbir görülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Makkau Trump administrasiyası tərəfindən həyata keçirilən icra sərəncamı çərçivəsində saxlanılan və mühakimə olunan universitet tələbələrinə qarşı ittihamları və hüquqi mərhələni qiymətləndirib.

2025-ci il yanvarın 30-da imzalanan və qüvvəyə minən Fərman çərçivəsində Donald Trampın ABŞ-də vəzifəyə başlamasından sonra universitet şəhərciklərində Fələstinə dəstək aksiyalarına qadağa qoyuldu və etirazların davam edəcəyi təqdirdə nümayişlərdə iştirak edənlərin yaşayış və təhsil vizalarının ləğv ediləcəyi açıqlanıb.

Fərmanın qüvvəyə mindiyi gündən bu yana 2 minə yaxın insan haqqında tədbir görüldüyünü bildirən Makkau, vizaların ləğvi ilə başlayan prosesin ardınca çox sayda adamın nəzarətə alındığını və barələrində qanuni proseslərin başlandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax