Rafiq Musa oğlu Cəfərov
Gəncə Apellyasiya Məhkəməsi sədrinin müavini
Tərcümeyi-hal
Rafiq Musa oğlu Cəfərov Odessa Dövlət Universitetinin hüquq fakültəsini 1989-cu ildə bitirib. 1985–1990-cı illərdə Qazax rayonu 7 saylı Tikinti Trestində hüquq məsləhətçisi, 1990–1991-ci illərdə Qazax Rayon İcraiyyə Komitəsinin sosial-hüquq şöbəsinin müdiri, 1991–1992-ci illərdə Qazax Rayon İcra Hakimiyyətində hüquq təlimatçısı işləyib.
1992–2007-ci illərdə hərbi prokurorluq orqanlarında çalışıb: Qazax Qarnizonu Hərbi Prokurorluğunda stajçı, baş müstəntiq, Bakı Qarnizonu hərbi prokurorunun köməkçisi, Bakı Qarnizonu Hərbi Prokurorluğunda böyük müstəntiq və xüsusilə mühüm işlər üzrə müstəntiq, Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq, prokuror və böyük prokuror olub.
2007–2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, 2011–2017-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2017-ci ildən Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub, sonra Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 14 oktyabr tarixli Sərəncamı ilə həmin vəzifədən azad edilərək Gəncə Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib.
Təhsil
- 1989 — Odessa Dövlət Universiteti, hüquq fakültəsi