Əsas məzmuna keç
Orxan Əziz oğlu Qasımov

Orxan Əziz oğlu Qasımov

Penitensiar xidmətin rəis müavini

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti

Mənbə: penitensiar.justice.gov.az · yoxlanılıb 07.10.2026

Tərcümeyi-hal

Orxan Əziz oğlu Qasımov 1977-ci ildə Bakı şəhərində anadan olub.

1999–2000-ci illərdə Xarici İşlər Nazirliyində, 2000–2005-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsində müxtəlif vəzifələrdə çalışıb. 2005–2013-cü illərdə Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ və Xətai rayon icra şöbələrinin rəisi, 2013–2018-ci illərdə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəis müavini olub.

2018-ci il sentyabrın 10-da ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini təyin edilib. 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” yubiley medalı ilə təltif edilib. Ədliyyə general-mayorudur. Rus və ingilis dillərini bilir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1998 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi (bakalavr)
  • 2000 — Bakı Dövlət Universiteti, hüquq fakültəsi (magistr)