Oqtay İlyas oğlu Məmmədov
Penitensiar xidmətin rəis müavini
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti
Tərcümeyi-hal
Oqtay İlyas oğlu Məmmədov 1963-cü il iyunun 17-də Ermənistanda anadan olub. 1986–1988-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçib.
2006-cı ilədək Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində və Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2006–2013-cü illərdə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olub.
2016-cı il iyulun 5-də ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini təyin edilib. Ədliyyə general-mayorudur.
Təhsil
- 1986 — Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu
- 1997 — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası