Əsas məzmuna keç

Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək - Baş nazir

Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək - Baş nazir

Əli Əsədov Naxçıvanla quru əlaqəsini təmin edən mühüm layihənin Orta Dəhliz üçün strateji önəmini açıqladı. TDT ölkələri arasında hansı yeni imkanlar yaranacaq?

en ru

Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artırmaq üçün Təşkilatına () üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsi, sərhəd-gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və tarif siyasətinin uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması da böyük əhəmiyyət daşıyır:

"Bu layihənin önəmi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ilə məhdudlaşmır. Bu layihə həm də bütün türk dünyasının birləşdirilməsi və bütövlükdə daha geniş region üçün yeni və kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyətə malikdir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…