Əsas məzmuna keç

Zelenski və Tramp Oval kabinetdə danışıqlara başlayıblar

Zelenski və Tramp Oval kabinetdə danışıqlara başlayıblar

danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq...

ABŞ və prezidentləri və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" ABŞ KİV-inə istinadən xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.

Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…