Zaqatalada 78 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Zaqatalada 78 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB
27.08.2024 12:15
Aa
dəq

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Tariyel doktorun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb. 

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb. 

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.

Atəş səsinə polis əməkdaşları gəlib. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib. 

Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş. 

***

Zaqatalada baş verən qətlin təfərrüatları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən bildirir ki, uzun illər Zaqatalada həkim kimi çalışmış Tariyel Əhmədov Həsən Davudov tərəfinfən qızının evində qətlə yetirilib. H. Davudov onu qətlə yetirəndən sonra ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. 

İlkin məlumata görə, hadisə pul üstündə yaranan münaqişə zəminində baş verib.

***

Zaqtalada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.

***

Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.

Həftənin ən çox oxunanları

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb

Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
DAVAMIN OXU davamın oxu

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda 22 min dollarlıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib

Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib
DAVAMIN OXU davamın oxu