Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 144 min insanın yaşadığı Larisa şəhərindən 155 km qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.