Operativ Məlumat Mərkəzi

“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

4 dəq
Paylaş:
“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilib - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
layihə bir neçə mühüm yeniliyi əhatə edir.Ödənişli avtomagistrallarda sürət həddi ayrıca müəyyənləşdirilirTəklif olunan dəyişikliklərə əsasən, ödənişli...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə bir neçə mühüm yeniliyi əhatə edir.

Ödənişli avtomagistrallarda sürət həddi ayrıca müəyyənləşdirilir

Təklif olunan dəyişikliklərə əsasən, ödənişli avtomagistrallarda sürət rejimi ayrıca tənzimlənəcək. Layihəyə görə, yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tondan çox olmayan yük avtomobilləri üçün maksimal sürət həddi saatda 130 kilometr müəyyən edilir. Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, eləcə də icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə sürət həddi saatda 90 kilometri keçməməlidir.

Bakı və Sumqayıtı birləşdirəcək yeni avtomobil yolu tikiləcək | Modern.az

“Avtomagistral” anlayışı yenilənir

Qanun layihəsində “avtomagistral” anlayışına da yeni tərif verilir. Belə ki, avtomagistral xüsusi hərəkət rejiminə malik, başlanğıcı və sonu müvafiq yol nişanları ilə işarələnən, hərəkət istiqamətləri bir-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan yol kimi müəyyənləşdirilir. Bu yolların digər yollar, o cümlədən dəmir yolu, tramvay xətləri, velosiped və piyada yolları ilə bir səviyyədə kəsişməsi nəzərdə tutulmur. Eyni zamanda, hər 50 kilometrdən bir xüsusi istirahət zonaları və dayanacaq meydançalarının olması tələb olunur.

Qüvvədə olan qanunvericilikdə də avtomagistral anlayışı mövcuddur, lakin yeni dəyişikliklə bu anlayış daha dəqiq və texniki baxımdan genişləndirilmiş formada təqdim edilir.

Cərimə meydançalarına aparılan avtomobillərlə bağlı yeni qayda

Qanun layihəsində duracağa aparılan və saxlanılan nəqliyyat vasitələrinin geri qaytarılması mexanizmi də dəqiqləşdirilir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri mühafizə olunan duracaqlara aparıldıqda, onların geri qaytarılması üçün müəyyən olunmuş ödənişin edilməsi əsas şərt sayılır.

Cərimə meydançası, cərimə meydançası, Bakı, Keşlə qəsəbəsi — Yandex Maps

Yeni təklifə əsasən, nəqliyyat vasitəsinin sahibi avtomobilin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müəyyən edilmiş məbləği ödədikdən dərhal sonra avtomobilini geri ala biləcək.

Qeyd olunur ki, nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya saxlanılma zamanı ona maddi zərər dəyibsə, sahibi inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət etmək hüququna malikdir. Mühafizə olunan duracaqda saxlanma haqqının hesablanması isə avtomobilin gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən başlayacaq.

Əgər inzibati xəta ilə bağlı işə xitam verilərsə və ya cərimə qərarından verilən şikayət təmin olunarsa, duracaq və saxlanma üçün ödənilmiş vəsait müəyyən olunmuş qaydada nəqliyyat vasitəsinin sahibinə geri qaytarılacaq.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər