Əsas məzmuna keç

Yeni dəmir yolu xətləri çəkilir: AYNA-dan rəsmi açıqlama

Yeni dəmir yolu xətləri çəkilir: AYNA-dan rəsmi açıqlama

Bakı və Abşeronda mobillik artırılır. Agentlik qəsəbələrin qatar şəbəkəsinə inteqrasiyası və nəqliyyat infrastrukturunun yenilənməsini hədəfləyir. Təfərrüatlar burada.

en ru

Bakıda infrastrukturunun transformasiyası üzrə 2025-2030-cu illəri əhatə edən yol xəritəsi Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənmiş dövlət proqramı çərçivəsində icra olunur. Proqram paytaxtın nəqliyyat sisteminin mərhələli və çevik şəkildə yenilənməsini nəzərdə tutur, şəhər mobilliyi layihələri urbanizasiya prosesləri ilə uzlaşdırılmaqla həyata keçirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi regional idarəsinin rəisi Tərlan Səfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Bakı üzrə 368 ekoloji təmiz fəaliyyət göstərir, 140 kilometr avtobus zolağı yaradılıb.

“Son beş il ərzində gündəlik sərnişindaşımanın həcmi 32 faiz artıb və hər gün xəttə 2300 avtobus buraxılır. Genişlənən nəqliyyat şəbəkəsi çərçivəsində ildə təxminən 500 milyon sərnişin daşınır. Eyni zamanda metro və regional dəmir yolu şəbəkələrinin genişləndirilməsi istiqamətində layihələr icra olunur, yeni xətlərin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır”, - deyə Tərlan Səfərov vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…