Operativ Məlumat Mərkəzi

Yaxınları Məhəmmədəli ilə vidalaşır.. - Video - Fotolar

1 dəq
Paylaş:
Yaxınları Məhəmmədəli ilə vidalaşır.. - Video - Fotolar
Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Mərhum uşağın nəşini hava limanına...

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Allah rəhmət eləsin!

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər