Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada isti hava 3 dişi aslanın ölümünə səbəb oldu

3 dəq
Paylaş:
Yaponiyada isti hava 3 dişi aslanın ölümünə səbəb oldu

Yaponiyada davam edən kəskin isti səbəbindən Tokiodakı Zooparkında üç aslan tələf olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yaşı 3-15 arasında olan dişi aslanların yarılması zamanı orqanizmin susuzlaşması (dehidrasiya) və çoxsaylı orqan çatışmazlığı aşkarlanıb.

Mütəxəssislər bunun ölümün əsas səbəbinin həddindən artıq isti olduğunu göstərdiyini bildiriblər.

Zooparkın nümayəndəsi Miwa Kosaka BBC-yə açıqlamasında bildirib ki, müəssisə indiyədək belə hadisə ilə qarşılaşmayıb.

Onun sözlərinə görə, ötən il də hava isti olsa da, aslanlarda belə ağır sağlamlıq problemləri müşahidə edilməmişdi.

Yaponiyada yay aylarında temperatur hər il daha da yüksəlir və bəzi şəhərlərdə hava 40 dərəcəni keçir.

Zooparkın məlumatına görə, 3 dişi aslan Muqinin iyulun 19-da iştahası kəsilib, ertəsi gün isə ayağa qalxa bilməyib.

Heyvanın vəziyyətini yaxşılaşdırmaq üçün soyutma sistemi işə salınıb, su, dərialtı maye, qaraciyər preparatları və vitaminlər verilsə də, Muqi iyulun 28-də ölüb.

11 yaşlı dişi aslan İçiqo iyulun 31-də, 15 yaşlı Luena isə bazar günü tələf olub.

Otopsiya hər üç aslanda ciddi susuzlaşma və çoxsaylı orqan çatışmazlığını ortaya çıxarıb.

Zoopark rəhbərliyi ölüm səbəbinin laborator analizlərin nəticələrindən sonra rəsmən təsdiqlənəcəyini bildirib.

Hazırda zooparkda daha iki erkək və bir dişi aslanın vəziyyətinin ağır olduğu, ayağa qalxa bilmədikləri açıqlanıb. Onlara maye, dərman və vitamin preparatları verilir.

Rəhbərliyin sözlərinə görə, bəzi aslanlarda sağalma əlamətləri müşahidə olunur.

Bildirilib ki, dörd aslanın vəziyyəti yaxşılaşmağa başlayıb, altı aslan isə əvvəldən sağlam olub.

Onlar daşına bilən kondisionerlər və sənaye tipli ventilyatorlarla təchiz edilmiş xüsusi sahəyə köçürüləcəklər.

Qeyd edək ki, 1964-cü ildən bəri aslanların saxlanıldığı və təxminən 260 heyvan növünə ev sahibliyi edən Tama Zooparkında bu heyvanlar ən çox maraq göstərilən növlərdən hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax