Əsas məzmuna keç

Yaponiya tankeri Hörmüz boğazından keçidini tamamladı

Yaponiya tankeri Hörmüz boğazından keçidini tamamladı

Tokio XİN Fars körfəzindəki neft gəmisinin İran sularından çıxdığını açıqladı. Idemitsu Maru olduğu iddia edilən tankerin taleyi və diplomatik gedişlərin pərdəarxası...

en ru

hakimiyyəti tanker gəmisinin boğazıdan keçdiyini rəsmi olaraq təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, körfəzində olan Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından keçərək bölgəni tərk edib və hazırda Yaponiyaya doğru hərəkət edir. Gəmidə üç Yaponiya vətəndaşının olduğu qeyd olunub.

Qurum vurğulayıb ki, Yaponiya bütün gəmilərinin bu strateji boğazdan sərbəst və təhlükəsiz keçməsi üçün İran tərəfinə təzyiq göstərməyə davam edəcək.

Məlumata görə, keçid edən gəminin hansı şirkətə məxsus olduğu açıqlanmayıb. Bununla yanaşı, daha əvvəl bəzi media qurumları onun Idemitsu Maru ola biləcəyini yazmışdı.

Bildirilib ki, gəmi uzun müddət sahillərində qalıb və təhlükəsizlik səbəbləri ilə bağlı vəziyyət diqqət mərkəzində olub. Yaponiya tərəfi isə keçidin hər hansı ödəniş qarşılığında həyata keçirilmədiyini, diplomatik danışıqlar nəticəsində mümkün olduğunu qeyd edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya ticarətinin əsas keçid nöqtələrindən biridir və bölgədəki gərginlik səbəbindən tez-tez beynəlxalq diqqət mərkəzində olur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…