Əsas məzmuna keç

Yanvarın 24-də Azərbaycanda hava əsasən yağmursuz olacaq

Yanvarın 24-də Azərbaycanda hava əsasən yağmursuz olacaq

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz olacaq....

ru en

Azərbaycanda yanvarın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Lakin yanvarın 23-dən 24-nə keçən gecə bəzi ərazilərdə qısamüddətli çiskin ehtimalı var. Şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 1–3 dərəcə isti, gündüz 5–10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80–85%, gündüz isə 65–70% təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim küləyi əsəcək.

Temperatur gecə 0–5 dərəcə , gündüz 5–9 dərəcə isti, dağlıq ərazilərdə gecə 5–10 dərəcə şaxta, gündüz isə 0–5 dərəcə şaxta olacaq.

Gecə və səhər saatlarında bəzi yollarda buz bağlama ehtimalı var.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…