Əsas məzmuna keç

Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir

Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir

Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu barədə "Operativ...

Ötən gecə Respublika Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq KTM-dən bildirilib.

Məlumata görə, körpələrin vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində Respublika Perinatal Mərkəzində yanğın olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…