Əsas məzmuna keç

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

Yanan anbar “Kontakt Home”a məxsusdur - Rəsmi

FHN paytaxtdakı güclü yanğınla bağlı təfərrüatları açıqladı. Məşhur mağazalar şəbəkəsinin saxlanc yerindəki son vəziyyət və dəyən ziyanın miqyası barədə oxuyun.

en ru

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “ Home”un hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində anbarda güclü yanğın baş verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…