Əsas məzmuna keç

"Kontakt"da pişik işçini dişlədi, baş direktor CƏRİMƏLƏNDİ

"Kontakt"da pişik işçini dişlədi, baş direktor CƏRİMƏLƏNDİ

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. Buna şirkətə məxsus mağazaların birində pişiyin...

en ru

"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xitab24.az-a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub.

Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatda baş verən hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin şəhər İdarəsinə məlumat verilməyib.

Dövlət Xidməti Həsən İsrafilzadəyə hadisə ilə bağlı izahatların verilməsinin təmin olunması ilə bağlı məktub göndərsə də, xəbərdarlıq nəticəsiz qalıb.

Buna görə də "Kontakt"ın baş direktoru İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib, o, 2 cərimə olunub.

Qeyd edək ki, Həsən İsrafilzadə həmçinin "Olivia" kosmetika mağazalar şəbəkəsinin qanuni təmsilçisidir. Hər iki şirkətin hüquqi ünvanı eynidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…