Əsas məzmuna keç

Xızıda dəniz sahilindən, Şəkidə çaydan qanunsuz qum daşıyan şəxslər cərimələnib

Xızıda dəniz sahilindən, Şəkidə çaydan qanunsuz qum daşıyan şəxslər cərimələnib

Xızıda dəniz sahilindən, Şəkidə çaydan qanunsuz qum daşıyan şəxslər cərimələnib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik...

Xızıda sahilindən, Şəkidə çaydan qanunsuz qum daşıyan şəxslər cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları rayonunun Yaşma qəsəbəsinin Xəzər dənizi sahilindən və rayonu ərazisindən keçən Şin çayının Əyriçaya tökülən hissəsindən qanunsuz qum daşınması faktları müəyyən ediblər: "Araşdırma zamanı qum qarışığının Xızı rayonunda üzərində dövlət nişanı olmayan ekskovator və Fuad Atabayevin idarə etdiyi “Shacman” markalı, 77-EL-684 dövlət nömrə nişanlı yük avtomobili, Şəki rayonunda isə Vüsal Qarazadə tərəfindən ağır texnika vasitəsilə daşındığı məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…