XİN rəhbəri: Bakıda İsrail səfirliyinə qarşı planlaşdırılan terakta görə İran məsuliyyət daşıyır

XİN rəhbəri: Bakıda İsrail səfirliyinə qarşı planlaşdırılan terakta görə İran məsuliyyət daşıyır
13.07.2023 10:44
Aa
dəq

İsrailin Azərbaycandakı səfirliyinə qarşısı alınmış terror hücumuna görə İran məsuliyyət daşıyır

"Operativ Məlumat Mərkəzi-OMM" “Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen deyib.

XİN rəhbəri Serbiyaya rəsmi səfəri zamanı verdiyi açıqlamada Tehranın terror hücumuna cəhdin arxasında olduğunu bildirib.

“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda, İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”, - Koen vurğulayıb.

Nazir əlavə edib ki, İran hücuma cəhd edən terror şəbəkəsini maliyyələşdirib və ona göstərişlər verib.

Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün birləşməyə çağırıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu