Əsas məzmuna keç

Xəzərdə 6 kq narkotik ələ keçirildi

Xəzərdə 6 kq narkotik ələ keçirildi

DİN əməkdaşlarının keçirdiyi əməliyyatla külli miqdarda heroin və marixuana ələ keçirilib. Saxlanılan şəxsin kimliyi və cinayətin şok detalları bəlli oldu.

en ru

Xəzər rayonunda 6 kiloqramdan çox dövriyyədən çıxarılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon İdarəsi əməkdaşlarının keçirdiyi tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.

Araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…