Əsas məzmuna keç

Xarici prodüserlərə yeni güzəştlər gəlir

Xarici prodüserlərə yeni güzəştlər gəlir

Milli Məclis "Kinematoqrafiya haqqında" qanuna dəyişikliyi qəbul etdi. Film çəkilişi xərclərinin geri ödənilməsi mexanizmi və yeni maliyyə təşviqi şərtləri ilə tanış olun.

en ru

xarici prodüserlərin Azərbaycanda istehsalına cəlb edilməsi üçün nəzərdə tutulan təşviqedici tədbirləri ilk oxunuşda qəbul edib. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Kinematoqrafiya haqqında" qanuna edilən dəyişikliklər təsdiqlənib.

Yeni dəyişikliyə əsasən, xarici prodüserlərin ərazisində film çəkilişi üçün çəkdikləri xərclərin bir qismi geri ödəniləcək. Sənəddə bu prosesin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar və şərtlərlə həyata keçirilməsi təklif olunur.

Layihənin əsas məqsədi xarici prodüserlərin ölkəyə cəlb edilməsini dövlət siyasətinin xüsusi istiqaməti kimi təsbit etməkdir. Bu mexanizm beynəlxalq təcrübədə uğurla tətbiq olunan maliyyə vasitəsi kimi, həm xarici investisiyaların axınına, həm də yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Təklifin qəbulu nəticəsində ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, beynəlxalq layihələrin sayının artması və Azərbaycanın mədəni potensialının dünyada tanıdılması gözlənilir. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…